Ağ Ev Çinin “sülh planını” şərh edərək bildirib ki, Ukraynada müharibə hətta sabah da bitə bilər, çünki bu, Rusiya prezidenti Vladimir Putin üçün “seçim müharibəsi”dir.
"Unikal" CNN-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.
"Mənim buna ilk reaksiyam odur ki, onlar birinci nöqtədə dayana bilərlər, bu da bütün xalqların suverenliyinə hörmətdir... Rusiya Ukraynaya hücumu dayandırsa və qoşunlarını çıxarsa, sabah bu müharibə bitə bilər. Ukrayna Rusiyaya, NATO Rusiyaya, ABŞ Rusiyaya hücum etmədi. Bu, Putinin başlatdığı müharibə idi”, - deyə o bildirib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya hücumunun ildönümündə Çin Xarici İşlər Nazirliyi “Ukrayna böhranının siyasi həlli ilə bağlı mövqeyini” dərc edib. Sənəd 12 bənddən ibarətdir.
Seymur Əli