Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparıb.
"Unikal" xəbər verir ki, telefon danışığı zamanı Türkiyədə baş verən zəlzələlər və Rusiya-Ukrayna müharibəsinin bir illiyi müzakirə edilib.
Ərdoğan zəlzələ ilə bağlı Türkiyə ilə həmrəylik nümayiş etdirdiyi üçün Ukrayna prezidentinə təşəkkür edib. O, Türkiyənin Rusiya-Ukrayna müharibəsində atəşkəs və danışıqlar yolu ilə həllin qurulmasına və sülhün formalaşmasına hər cür töhfə verməyə hazır olduğunu qeyd edib.
Ağarza Elçinoğlu