Özbəkistanda 3,9 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, təbiət hadisəsinin episentri Cizzəx vilayətinin Qalyaaral rayonunda yerin 10 km-liyində olub.
Özbəkistanın Fövqəladə Hallar Nazirliyi yanında Seysmik Proqnoz Monitorinq Mərkəzinin məlumatına görə, hələlik tələfat və dağıntılar barədə məlumat yoxdur.
Ağarza Elçinoğlu