Ukraynanın paytaxtı Kiyevdə müharibənin birinci ildönümü qeyd olunub.
"Unikal" xəbər verir ki, bu münasibətlə keçirilən təntənəli mərasimdə Ukrayna Prezidenti Volodimir Zelenski çıxış edib.
Zelenski hər kəsi Ukraynanın azadlığı uğrunda canlarından keçmiş qəhrəmanları yad etmək üçün bir dəqiqəlik sükuta çağırıb.
Bir dəqiqəlik sükutdan sonra Ukrayna lideri əsgərlərə və həlak olanların ailələrinə mükafatlar təqdim edib.
Daha sonra Zelenski hərbçilərə müraciət edib:
“Hamımızın, o cümlədən Ukraynanın mövcud olub-olmaması sizin ixtiyarınızdadır. Şiddətli bir il keçirən və Ukraynanın sarsılmaz olmasını təmin edən hər kəsə təşəkkür edirəm”.
Ukrayna kanalları mərasimi canlı yayımlayıb.