Masallı rayonu Viləş kəndinin ərazisindəki örüş sahəsində həmin kəndin sakini Ceyhun Fərəcov kənd sakinlərindən birinə məxsus itin hücumuna məruz qalıb.

"Unikal" xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib.
Qeyd edilib ki, ilkin məlumata görə, itin C.Fərəcovun bədəninin müxtəlif nahiyələrindən dişləməsi nəticəsində həmin şəxs ölüb.

"İt həmin vaxt orada olan Elməddin Məmmədov və Musa Kasımovu da bədəninin müxtəlif nahiyələrindən dişləyib. Həmin şəxslər Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. C.Fərəcovun ilkin ehtimala görə it dişləməsindən ölməsi, digər iki şəxsin isə it dişləməsi diaqnozu ilə xəstəxanaya daxil olması ilə bağlı müvafiq ekspertizalar təyin edilib. Faktla bağlı araşdırma aparılır", - o deyib.