İsveç Ukraynaya 10 ədəd "Leopard 2A5" döyüş tankları verəcək.
"Unikal" xəbər verir ki, bu barədə İsveç baş naziri Ulf Kristersson məlumat verib.
O, həmçinin ölkəsinin Ukraynaya IRIS-T raket əleyhinə sistemlər və "Hawk" hava hücumundan müdafiə sistemlərini tədarük edəcəyini bildirib.
Qeyd edək ki, bu gün səhər saatlarında Polşa Ukraynaya 4 ədəd "Leopard" tankı təhvil verib.