Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində baş verən və "əsrin fəlakəti" adlandırılan zəlzələlərin səbəb olduğu dağıntıların aradan qaldırılması işlərinə dəstək verəcək.
"Unikal" xəbər verir ki, proqramdan verilən məlumatda Birləşmiş Millətlər Təşkilatının (BMT) 16 fevralda Türkiyəyə 1 milyard dollar təcili yardım edilməsi ilə əlaqədar çağırışı çərçivəsində tələb olunan 113,5 milyon dollarlıq fondun böyük bir hissəsinin dağıntıların aradan qaldırılması üçün istifadə olunacağı qeyd olunub.
BMT İnkişaf Proqramının Türkiyə üzrə nümayəndəsi Louisa Vinton dağıntı sahəsinin Nyu-York şəhərindəki Manhetten adasından böyük olduğunu deyib.