Türkiyədə baş verən zəlzələdən zərər çəkən Qaziantepin Nurdağı mahalının bələdiyyə sədri Ökkeş Kavak həbs olunub.
"Unikal" xəbər verir ki, onun zəlzələ zamanı dağılan binalarla bağlı aparılan araşdırmalar çərçivəsində həbs edildiyi bildirilib.
Qeyd edək ki, zəlzələdən sonra uçan binalarla bağlı aparılan araşdırmalarda indiyədək nəzarətə alınan 22 nəfər həbs edilib, 80 nəfər haqqında həbs qərarı çıxarılıb.