Sabirabadın Moranlı kəndində baş verən yol qəzasında 4 nəfər xəsarət alıb.

"Unikal" report-a istinadən xəbər verir ki, hərəkətdə olan minik avtomobili anidən idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində kənd sakinləri: - 1990-cı il təvəllüdlü Teyyubov Adəm Tofiq oğlu, 2022-ci il təvəllüdlü Bədirova Banu Eldar qızı, 1996-cı il təvəllüdlü Bədirova Adilə Cavanşir qızı və 2019-cu il təvəllüdlü Bədirzadə Babək Elvin oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.