Britaniyada ermənipərəst parlamentari Baronessa Koksun anti-islamçılarla əlaqələri üzə çıxıb.
"Unikal" xəbər verir ki, bununla bağlı "Sky News" telekanalının saytında dərc olunan məqalədə deyilib.
Qeyd olunur ki, Böyük Britaniya Lordlar Palatasının qalmaqallı üzvü Baronessa Koksun tanınmış anti-islam fəalları ilə əlaqələrini üzə çıxaran mühüm sənədlərin sızmasından sonra maliyyə hesabatlarını bəyan etmək məcburiyyətində qalıb.
Baronessa Koks ortodoks xristian qrupları ilə əlaqəli yevangelist xeyriyyəçilər tərəfindən idarə olunan Amerika təşkilatından və eynicinsli nikahlara qarşı kampaniyalardan maliyyə alın. Sənədlər də göstərir ki, o, mütəmadi olaraq İslamın tanınmış tənqidçiləri ilə görüşüb.
K.Koks "Equal" and "Free Limited" qeyri-kommersiya şirkətindən aldığı dəstəyi qeydiyyatdan keçirməməsinin səbəbinin sadəcə onun ağlından keçməsi və alınan məbləğin onun parlament tədqiqatçısının maaşına sərf edildiyini qeyd edərək özünə haqq qazandırmağa çalışıb.
Məlumatda o da bildirilib ki, o, şirkətdə ödənişsiz direktor olduğunu bəyan etməyib. Sızdırılan sənədlər arasında Baronessa Koksun parlament palatalarına çağırdığı və İslamın tanınmış tənqidçilərinin iştirak etdiyi müntəzəm görüşlər barədə məlumatlar var.
Qeyd edək ki, Baronessa Koks ermənipərəst mövqeyi ilə tanınır. O dəfələrlə Azərbaycana qarşı olan bəyantlar səsləndirib. Erməni lobbisinin qatı dəstəkçilərindən biridir.