Cəlilabadda üç gün əvvəl zəhər içib sağ qalan şəxs özünü asıb.
"Unikal" report-a istinadən xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb.
Belə ki, kənd sakini, 1999-cu il təvəllüdlü Turan Qasımov özünü asaraq həyatına son qoyub.
Məlumata görə, mərhum 3 gün öncə də sıçovul əleyhinə olan zəhəri intihar məqsədilə içib.
İntiharın səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.