Türkiyədə baş vermiş zəlzələ ilə bağlı hüquqi müstəvidə araşdırmalar davam etdirilir.
"Unikal" xəbər verir ki, bu vaxta qədər 188 nəfər məsələ ilə bağlı həbs edilib.
Daha 626 nəfər isə şübhəli şəxs qismində araşdırmalara cəlb edilib. 16 nəfər ölüb, 63 nəfərin isə ifadəsi alınaraq sərbəst buraxılıb. 5 nəfərin isə ölkə xaricində olduğu təsbit edilib. Bildirilib ki, yekun hüquqi qiymət araşdırmalar başa çatdıqdan sonra veriləcək.
Xatrıladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Daha sonra Hatayda 6.4 ballıq növbəti zəlzələ qeydə alınıb.