Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Al Səud Ukraynaya səfər edib.
"Unikal" xəbər verir ki, o, səfər çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.
Zelenski qeyd edib ki, bu, Səudiyyə xarici işlər nazirinin diplomatik münasibətlər qurulandan sonra Ukraynaya ilk rəsmi səfəridir.
"Ukraynada sülhü, suverenliyimizi və ərazi bütövlüyümüzü dəstəklədiyiniz üçün sizə təşəkkür edirik! Bu, bizim və cəmiyyətimiz üçün çox vacibdir", - o bildirib.