Estoniyanın müdafiə naziri Hanno Pevkur Estoniyada işgüzar səfərdədir.
“Unikal” xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Oleksiy Reznikov feysbukda bildirib.
“Mən dostum və həmkarım, Estoniyanın müdafiə naziri Hanno Pevkuru bu gün yenidən Kiyevdə salamlamağa şadam. Bu bizim böyük dostumuzun Kiyevə ilk səfəri deyil”, - o yazıb.
O. Reznikov əlavə edib ki, Estoniyanın Ukraynaya yardımı ölkənin ÜDM-nin 1 %-ni keçib.
“Təsəvvür edin: Estoniyadan Ukraynaya yardımın ümumi məbləği artıq ÜDM-nin 1 %-ni keçib! “Ramştayn” çərçivəsində davamlı dəstək, 155 mm-lik haubitsalar, “Ukrayna üçün 1 milyon 155 mm-lik mərmilər” təşəbbüsü, səhra xəstəxanaları və əsgərlərimizin müalicəsi. Bu, dost Estoniyanın bizim üçün etdiklərinin kiçik bir siyahısıdır”, - nazir bildirib.