"İran bir neçə həftə ərzində uranın zənginləşdirilməsi səviyyəsini 90%-ə çatdırmaq potensialında olacaq"
"Unikal" xəbər verir ki, Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns İslam Respublikası liderlərinin nüvə silahı əldə etmək barədə qərar qəbul edib-etməməsi ilə bağlı verilən suala cavabında deyib:
“Bizdə olan məlumatlara əsasən, biz hesab edirik ki, İslam Respublikasının lideri 2033-cü ilin sonuna qədər dondurduğu nüvə silahlarının istehsalı layihəsini bərpa etməyəcək".
Börns uranın zənginləşdirilməsi səviyyəsinin 84%-ə qədər artırılması ilə bağlı yayılan xəbərlərdən narahatlığını ifadə edərək, İranın uranın zənginləşdirilməsində xeyli irəlilədiyini bildirib: “İslam Respublikasının rəhbərləri bu mərhələni keçmək istəsələr, onlar üçün 90% zənginləşdirməyə bir neçə həftə kifayət edər".