Paris Saint-Germain rəhbərliyi maliyyə feyr-pley qaydalarına əməl etmək üçün komandanın liderlərindən birini satmağı düşünür.
“Unikal" xəbər verir ki, Paris klubu qarşıdakı mövsümlərin birində Avropa yarışlarından uzaqlaşdırılmamaq və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) ilə sülh sazişinin şərtlərinə əməl etmək üçün maaşı 30% azaltmaq niyyətindədir.
Qeyd olunur ki, PSJ-nin böyük ehtimalla Lionel Messi , Kilian Mbappe və ya Neymarla ayrılması gözlənilir. Portuqaliya təmsilçilərinə mümkün transferlə bağlı digər komandalarla danışıqlar aparmağa artıq icazə verilib.
Xatırladaq ki, PSJ 24 oyundan sonra 57 xalla Fransa çempionatının turnir cədvəlinə başçılıq edir .