ABŞ-nin dövlət katibi Entoni Blinken Mərkəzi Asiyaya yola düşüb.
"Unikal" xəbər verir ki, o, bu barədə "Twitter" hesabında məlumat paylaşıb.
"Bu gün Qazaxıstan, Özbəkistan və Hindistana səfərə çıxıram. Bu mənim, dövlət katibi kimi, Qazaxıstan və Özbəkistana ilk səfərim olacaq və mən bizim Mərkəzi Asiyadakı tərəfdaşlıq münasibətlərinin gələcək inkişafını səbirsizliklə gözləyirəm. Oradan “G20” XİN başçılarının müşavirəsində iştirak etmək üçün Hindistana yola düşəcəyəm”, - diplomat qeyd edib.
Today I’m embarking on a trip to Kazakhstan, Uzbekistan, and India. It will be my first time as Secretary visiting Kazakhstan and Uzbekistan — and I look forward to advancing our Central Asian partnerships. From there, I’ll head to India for the #G20 Ministerial. pic.twitter.com/ut18nMTy9j
— Secretary Antony Blinken (@SecBlinken) February 27, 2023