Burhan Polat adlı şəxs Qaziantepin İslahiye bölgəsində baş verən zəlzələdən sonra dağıntılar altından 60-a yaxın adamı xilas edib.
"Unikal" xəbər verir ki, o, axtarış-xilasetmə qrupu gələnə qədər yaşadığı 6 mərtəbəli binanın çöküntüləri altından onlarla insanı sağ çıxardıb.
Belə ki, Burhan Polat dayısı Cafer Dəmiri binadan çıxaranda 3-cü mərtəbənin divarı onun üstünə uçub. Dağıntılar altında qalan Polat aparıldığı xəstəxanada dünyasını dəyişib.
Gülayə Mecid