Kahramanmaraşda baş verən iki güclü zəlzələ minlərlə insanın həyatına son qoyub.
"Unikal" xəbər verir ki, Adıyamandakı zəlzələdə dağıntılar altında qalaraq həyatını itirən AK Partiyasından olan deputat Yakut Taşın şəhərə zəlzələdən bir gün əvvəl gəldiyi məlum olub.
Belə ki, qardaşı oğlunun nişan mərasimində iştirak edən deputat gecəni Adıyamanda keçirib. Təbii fəlakət nəticəsində deputat ailəsi ilə birlikdə dağıntılar altında qalaraq həlak olub. Bundan əlavə Taşın 28 qohumu zəlzələnin qurbanı olub.
Həmin şəxslərin də nişan mərasimində iştirak etmək üçün Adıyamana gəldikləri məlum olub.
Gülayə Mecid