Qazaxıstan hökuməti Rusiyadakı ticarət nümayəndəliyini ləğv etmək qərarına gəlib.

"Unikal" xəbər verir ki, bu barədə Zakon.kz müvafiq sənədə istinadən məlumat yayıb.

“Qazaxıstan Respublikasının Ticarət və İnteqrasiya Nazirliyinin “Qazaxıstan Respublikasının Rusiya Federasiyasındakı Ticarət Nümayəndəliyi” dövlət müəssisəsi ləğv edilsin”, - qərarda deyilir. Sənəd imzalandığı gündən qüvvəyə minir.

Qazaxıstan Ticarət Nazirliyi izah edib ki, Rusiyadakı ticarət nümayəndəliyini bağlayırlar, çünki onun qarşısına qoyulan bütün vəzifələr artıq həll olunub. Ona görə də optimallaşdırma çərçivəsində işçilərinin başqa ölkələrə göndərilməsi qərara alınıb.