Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili hazırkı dövlət başçısı Salome Zurabişvilini dəstəklədiyini bildirib.
"Unikal" xəbər verir ki, bu barədə Saakaşvili "Facebook" hesabında yazıb.
Onun sözlərinə görə, Gürcüstanın bütün siyasi qüvvələri “Rusiya çevrilişinə” qarşı ölkə rəhbəri ilə birləşməlidir.
“Mən prezident Zurabişvilinin son günlər verdiyi bəyanatları və onun azadlıq uğrunda mübarizəyə çağırışını dəstəkləyirəm. Fikrimcə, bütün siyasi qruplar Rusiya çevrilişinə qarşı birləşməli, həmçinin prezidentlə fasiləsiz məsləhətləşmələr aparmalıdırlar. İndi köhnə inciklikləri xatırlamaq vaxtı deyil”, - Saakaşvili qeyd edib.
Gülayə Mecid