Rumıniya parlamentinin deputatı Alberto-İosif Karayan onlayn iclasa hamam otağından qatılıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Sosial Demokrat Partiyasının (PSD) üzvü olan deputat parlamentin onlayn iclasında kamerasını yanlışlıqla açıq qoyub. Duşda çılpaq şəkildə iclasa qatılan deputat uzun müddət kamerasının açıq olduğunun fərqinə varmayıb. Şura üzvlərinin gülməsindən sonra vəziyyəti anlayan Karayan kamerasını söndürməyə çalışıb.
O, bir müddət sonra onlayn iclasdan çıxmağı bacarıb. Daha sonra Karayan yenidən iclasa qoşulub. Deputat iclasdan dərhal sonra sosial şəbəkə hesabında üzrxahlıq edib.
Ağarza Elçinoğlu