"Bütün binaları yenidən tikəcəyik. Şəhərlərinizin qayğısına qalın, onları heç vaxt tərk etməyin".
"Unikal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamanda vətəndaşlarla görüşü zamanı deyib.
Ərdoğan açıqlamalarına belə davam edib: "Başqa şəhərlərə gedən vətəndaşlarıma səslənirəm; şəhərinizin qayğısına qalın. Ata-baba yurdunuzu tərk etməyin. Yenisini edib, sizə verəcəyik. Biz hər bir zədələnmiş fabrik və biznesi bərpa edəcəyik. Hər bir şəhərimiz daha canlı olacaq",.