"Zəlzələ bölgələrində qırılma xəttinə yaxın ərazilərdə tikintiyə, köhnə yaşayış məntəqələrində bərpa işlərinə və hündürmərtəbəli binaların tikintisinə icazə verməyəcəyik".
"Unikal" xəbər verir ki, bunu Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan Adıyamanda bir ailə ilə görüşündə deyib.
Türkiyə liderinin sözlərinə görə, geoloji kəşfiyyat işləri bitdikdən dərhal sonra dağılmış ərazilərdə tikintiyə başlanılır.
"Mart ayında 30 min evin tikintisinə başlayırıq. Yeni tikililər 3 və ya 4 mərtəbədən çox olmayacaq", - deyə Ərdoğan qeyd edib.
Ağarza Elçinoğlu