Türkiyənin Kahramanmaraş vilayətindəki məscidlərdən birinin axundu zəlzələdən zərər çəkən uşaqlar üçün məsciddə səsgücləndirici ilə uşaq mahnısı oxuyub.
"Unikal" xəbər verir ki, Əbdülhəmid Xan Məscidinin imamı Ömer Faruk bir psixoloqun təklifi ilə uşaqları sevindirmək üçün "Ali Babanın Çiftliği" mahnısını oxuyub.
İnsanlar imamın bu hərəkətinə müsbət reaksiya veriblər.
Ağarza Elçinoğlu
Video #Türkiyə'nin zəlzələ bölgəsi olan #Kahramanmaraş'da lentə alınıb.
— Unikal Media Group (@UnikalOrgPortal) February 27, 2023
Məscidin imamı uşaqlar üçün səsgücləndirici ilə “Ali Babanın Çiftliği” mahnısını oxuyub. pic.twitter.com/hT0TBqAXAn