"NATO-ya üzvlüklə bağlı öhdəliklər var. Bu addımları görmədən İsveçin NATO üzvlüyünə "hə" deməyimiz mümkün deyil"
"Unikal" xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Çavuşoğlu Macarıstanın Xarici İşlər və Xarici Ticarət naziri Peter Szijjarto ilə nazirlikdə görüşdən sonra təşkil edilən birgə mətbuat konfransında deyib.
NATO üçün iki təhlükədən birinin terror olduğunu vurğulayan Çavuşoğlu bunun Madrid sənədlərində və NATO-nun bütün sənədlərində yer aldığını bildirib.
Çavuşoğlu İsveç və Finlandiyanın NATO-ya üzvlüklə bağlı müraciətləri ilə bağlı bunları deyib :
"Bütün bu fəaliyyətlər eyni şəkildə davam edir. Biz bunu təkcə Quranın qəbuledilməz təhqiri və yandırılması ilə əlaqələndirmirik. Bu, nifrət cinayətidir, insanlığa qarşı cinayətdir. Biz bütün beynəlxalq ictimaiyyət olaraq bununla mübarizə aparmalıyıq. NATO-ya üzvlüklə bağlı öhdəliklər var. Bu addımları görmədən İsveçin NATO üzvlüyünə “hə” deməyimiz mümkün deyil. Bu memorandumda daimi mexanizmin yaradılması da qərara alınıb. Bunun məqsədi 3 ölkəni bir araya toplamaq və üçlü memorandumun elementlərinin həyata keçirilib-keçirilmədiyini yoxlamaqdır. Bu addımları görmədən İsveçin NATO üzvlüyünə “hə” deməyimiz mümkün deyil.
2 iclas oldu, Qurani-Kərimə qarşı qəbuledilməz hərəkətlərə görə 3-cü iclası təxirə saldıq. 3-cü iclasın Brüsseldə olması faydalıdır. Çünki NATO-nun baş katibi və bəzi dostlarımız "İsveçdə qanun dəyişdi, üzv olsunlar" deyə müraciətlər edirlər. Qoy onlar aydın görsünlər, dostlarımız orda iştirak edəcək, martın 9-da keçiriləcək. Onlar açıq şəkildə görsünlər ki, İsveç öz öhdəliklərini yerinə yetirməyib. Ona görə də onun Brüsseldə keçirilməsinə “hə” dedik. Bu, onların üzvlüyünə görə deyil. "Bu mexanizm həyata keçirilib-keçirilmədiyini görmək və anlamaq üçün yaradılıb. Prezidentimiz də açıq şəkildə bildirdi ki, biz Finlandiyanın üzvlüyünə İsveçdən daha müsbət baxırıq. Onun öhdəliklərini yerinə yetirmədən Finlandiyanın üzvlüyünü təsdiq etməyimiz mümkün deyil".