"Rusiya prezidenti Vladimir Putinin ölkəni Qərb maliyyə institutlarından asılı vəziyyətə salmamaq qərarı onu daha da gücləndirib".
"Unikal" xəbər verir ki, bu barədə Pentaqonun rəhbərinin keçmiş müşaviri , polkovnik Duqlas Makqreqor özünün “YouTube” kanalında yayımladığı videoda bildirib .
Makqreqor xatırladıb ki, iki-üç il əvvəl Putin beynəlxalq maliyyə sisteminin Rusiyanı özünə tabe etdirməsinə və dövlətin gələcəyini qurban verməyə imkan verməyəcəyini demişdi . Amerikalı polkovnikin fikrincə, Rusiya liderinin bu sözləri güclüdür, lakin o zaman onlara az adam diqqət yetirirdi.
Pentaqonun rəhbərinin keçmiş məsləhətçisinin sözlərinə görə, Birləşmiş Ştatlar beynəlxalq maliyyə institutlarından istifadə edərək, digər ölkələrə hansı məhsulun yetişdirilməsi, hansı siyasəti və hansı şərtlərlə həyata keçirilməsini diqtə edir, lakin Putin Rusiyanı belə ağır münasibətlərdən çıxarıb.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, gələcəkdə Rusiya beynəlxalq tərəfdaşların rəyini rəhbər tutmadan, öz gücü ilə ölkənin inkişafı üçün şərait yaradacaq. Diplomat həmçinin bildirib ki, Rusiya prezidenti Vladimir Putin tezliklə Rusiya Federasiyasının xarici siyasətinin yeni konsepsiyasını təsdiq edəcək.