Yaponiya hökuməti Rusiya Federasiyası müdafiə nazirinin müavini Viktor Qoremkin və Kalaşnikov şirkətinin baş direktoru Alan Luşnikov da daxil olmaqla 48 rusiyalıya qarşı sanksiya tətbiq edib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, sanksiyalar iki hissəyə bölünür. Siyahı Rusiya üçün (39 nəfər) və ayrıca Rusiya Federasiyasının nəzarətində olan ərazilərdən olan şəxslərin (9 nəfər) adlarından ibarətdir.