Rusiyanın Tuapsedəki neft anbarında baş verən yanğına səbəb Ukrayna PUA-larının hücumu olub.
"Unikal" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinə məxsus iki pilotsuz uçuş aparatı anbarı vurmağa çalışıb.
Məlumata görə, hücum nəticəsində neft bazasının ərazisindəki təsərrüfat binası da yanıb. Baş verən yanğını bir saat sonra söndürmək mümkün olub.
***09:20
Rusiyanın Tuapse bölgəsindəki neft bazasında yanğın baş verib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasondar vilayəti üzrə idarəsi məlumat yayıb.
Məlumata görə, yanğının sahəsi 200 kvadratmetr olub. Əraziyə 32 xilasedici və 11 texnika cəlb edilib.
Hadisənin başvermə səbəbləri araşdırılır.
Ağarza Elçinoğlu