"Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 24% artıb".
"Unikal" xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla keçirdiyi mətbuat konfransında deyib.
“Biz həm əvvəlki prosesləri, həm də 2023-cü il üçün planları müzakirə etdik. Münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Bunun məntiqi nəticəsi ötən il ölkə başçıları arasında imzalanmış müvafiq sənəddir”, - deyə nazir bildirib.
C.Bayramov qeyd edib ki, ötən il dövlət başçıları, eləcə də XİN səviyyəsində kifayət qədər fəal əlaqələr olub.
“Ticarət əlaqələri fəal inkişaf edir. Beləliklə, 2022-ci ilin sonuna ticarət dövriyyəsi 24 faiz artaraq 4 milyard dollara çatıb”.