Belarusda Rusiyanın hərbi kəşfiyyat və müşahidə təyyarəsi A-50 naməlum PUA-lar tərəfindən vurulub.
"Unikal" xəbər verir ki, Belarusun müxalifət polisi və əsgərləri tərəfindən qurulan BYPOL adlı təşkilat Rusiyaya məxsus və Belarusun Maçulişçi hava limanında park edilmiş Beriyev A-50 tipli Erkən Xəbərdarlıq və Nəzarət təyyarəsinə PUA-nın hücumuna görə məsuliyyəti öz üzərinə götürüb.
Belarusda Rusiyanın ixtiyarına verilən paytaxt Minsk yaxınlığındakı hərbi aviabazada yerləşdirilən Beriyev A-50 tipli kəşfiyyat-müşahidə təyyarəsinin təxribatı geniş əks-səda doğurub. İki hücum pilotsuz təyyarəsi ilə həyata keçirilən təxribatda təyyarənin ön və orta hissələrinin və radar antenasının zədələndiyi iddia edilib. Ukraynada hava zərbələrinin planlaşdırılmasında istifadə olunan təyyarələrdən birinin qiyməti 330 milyon avro civarındadır.
Bu təyyarələrdən 7-si Rusiyada olub.