Çin Ermənistana 100 milyon yuan (14,5 milyon dollardan çox) yardım verəcək.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan məlumat verib.
O qeyd edib ki, yarım Ermənistan və Çin arasında imzalanan texniki-iqtisadi əməkdaşlıq haqqında sazişin ratifikasiyasından sonra veriləcək.
“Vəsait Ermənistan İctimai Televiziya Şirkətinin yayım zalının layihələndirilməsi və tikintisinə, eləcə də digər birgə layihələrin həyata keçirilməsinə yönəldiləcək”, - Səfəryan qeyd edib.