Gürcüstan Parlamentinin yaxınlığına toplanmış etirazçılarla polis arasında qarşıdurma baş verib.
"Unikal" xəbər verir ki, gərginlik etirazçıların hakim “Gürcü Arzusu” partiyasının və qanun layihəsini təklif edən “Xalq Gücü” parlament fraksiyası deputatları üçün “utanc dəhlizi” yaratmağa çalışmasından sonra baş verib.
Polisin bəzi etirazçıları saxladığı bildirilir.
Qeyd edək ki, etirazçılar Gürcüstan Parlamentinə təqdim edilmiş “xarici agentlər” haqqında qanun layihəsinə etiraz edirlər.