Şəkidə kişi bədbəxt hadisə nəticəsində ölüb.

"Unikal"ın məlumatına görə, Şəki rayonunun Aşağı Göynük kənd sakini, 1994-cü il təvəllüdlü Səxavət Balacayev Cumakənd kəndi ərazisində işlədiyi evin həyətində ağac kəsərkən yıxılıb və ağac onun üzərinə düşüb.

Nəticədə S.Balacayev aldığı xəsarətlərdən ölüb.

Murad İbrahimli