Füzuli rayonunun Şükürbəyli kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli tikilinin (qonaq evi kimi fəaliyyət göstərir) mətbəxinin yanar konstruksiyaları 6 m² sahədə, tavanı 7 m² sahədə və dam örtüyü 15 m² sahədə yanıb.

"Unikal" FHN-in saytına istinadən xəbər verir ki, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb;