Göyçay rayon sakini itkin düşüb.
"Unikal"ın məlumatına görə, rayonun Qızılağac kənd sakini, 1950-ci il təvəllüdlü Məmmədov Mövlan Süleyman oğlu dünən səhər saatlarında yaşadığı evdın çıxaraq geri qayıtmayıb. Ailə üzləri onun itkin düşməsi ilə bağlı Göyçay rayon Polis Şöbəsinə məlumat veriblər. Onun kənd ərazisindən keçən su kanalına düşərək öldüyü ehtimal olunur. Hazırda kənd sakinləri kanalın suyunu azaldaraq orada axtarış işləri aparırlar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov "Unikal"ın sorğusuna cavab olaraq bildirib ki, polis və prokurorluq əməkdaşları hazırda hadisə yerindədir. Mövlan Məmmədovun tapılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.
Şahnəzər Bəşirov