Şəkidə 23 yaşlı gənc dəm qazından zəhərlənib.
"Unikal" xəbər verir ki, bu gün günorta saatlarında rayonun Çələbixan qəsəbə sakini 2000-ci il təvəllüdlü Məmmədov Toğrul Qalib oğlu yaşadığı evdə dəm qazından zəhərlənib. T.Məmmədov Şəki rayon Mərkəzi xəstəxanasına aparılıb, vəziyyətinin normal oldugu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Seymur Əli