Putinin aqressiyası Rusiyanı zədələyəcək
13:24 14-03-2013
DÜNYA
Hədəfdə Azərbaycan və Gürcüstandı
Rusiyada prezident seçkilərindən sonra Vladimir Putinin tutduğu siyasi xətt beynəlxalq güclər tərəfindən diqqətlə izlənilməkdədir. Çünki əksər analitiklər hesab edirdi ki, avtoritar yollarla seçkilərdə qələbə qazanan Putin Rusiya üçün yeni formul yaradıb. Formul belədir-“Güclü Putin,zəifləşən Rusiya”. Bu həqiqətən də belə oldu. Amma buda aydın oldu ki, güclü Putin Rusiyanı da güclü etmək üçün ən radikal addımları belə atmağa hazırlaşır. Hələ ki, bu istiqamətdə Putin əsas hədəf olaraq Azərbaycanı seçib. Çünki Şərqdə dayaqlarını Suriyanın simasında itirən Rusiya bütün gücünü keçmiş possovet məkanına yönəldib. Görünür bunu nəzərə alan kənar ekspertlər də maraqlı rəylər bildirirlər. Belə ki, ABŞ Milli kəşfiyyat direktorunun ofisi hesab edir ki, Rusiya Vaşinqtonla münasibətləri heç də prioritet saymır, Moskva xarici siyasətini keçmiş SSRİ ölkələri üzərində cəmləyə bilər.
ABŞ-ın Milli kəşfiyyat direktoru Ceyms Klepperin Konqresə təqdim etdiyi hesabatda qeyd olunur ki, Moskva, çox güman ki, öz xarici siyasətini keçmiş SSRİ ölkələrinə təsirini gücləndirməyə yönəldəcək.Hesabatda qeyd olunur ki, Kreml bunu irəli sürdüyü Gömrük ittifaqı (Rusiya, Belarus, Qazaxıstan) və Avrasiya İttifaqı kimi inteqrasiya təşəbbüsləri vasitəsi ilə həyata keçirəcək. Hesabat müəlliflərinin fikrincə, buna baxmayaraq, ABŞ-la ikitərəfli münasibətlər də Rusiya üçün əhəmiyyətli olaraq qalacaq.C. Klepper daxili siyasi faktorların Rusiyanın xarici siyasətinə təsirinin daha da artacağını proqnozlaşdırır.Əslində bu proqnozlar haqlı proqnozlardır və bu həm possovet məkanı üçün, həm də elə Rusiyanın özü üçün real təhlükədir. Nədən? İlk növbədə ona görə ki, bu gün Rusiya qonşu dövlətlərlə artıq müttəfiq dövlətlər kimi yanaşmır, məqamı çatanda hətta şantajdan belə istifadə edir. Tutalım ölkəyə miqrant gəlişini dayandıracağını bəyan edir, bir tərəfdən onun boyunduruğunu qəbul edənlərə vədlər təklif edir.Bir sözlə Rusiya heç zaman bu şəkildə aqressiv olmayıb və bu aqressiyanın hətta hərbi münaqişələrlə sona çatmasıda gözlənilir. Diqqət edin, prezident seçkilərindən sonra Rusiya ağılasığmaz sürətlə Ermənistanı silahlandırır, Gürcüstanın danışıqlara başlamaq təklifini alçaldıcı şəkildə rədd edir, Azərbaycanın şimal bölgəsinə hərbi qüvvələr toplayır və Avropaya az qala savaş elan edir. Burdan hansı nəticə çıxır? Ekspertlər hesab edir ki, bu gün dünyada svilizasiyaların toqquşması artıq pik həddədir və qərb qarşısında təslim olan şərq svilizasiyası yenidən toparlanmaq niyyətindədir. Bu toparlanma isə zaman istəyir və bu zaman kəsiyində qərb svilizasiyası hökmranlıq edəcək. Rusiya isə bu svilizasiyalar savaşından sözsüz razı deyil və bunu yenidən ideoloji savaşa çevirməyə çalışır. Elə buna görə də Gömürük İttifaqı ideyası ortaya atılıb. Çünki bu gün qərb dünyasına qarşı ideoloji bir yük yoxdur və Rusiya bunu iqtisadi maraqlarla əvəzləmək istəyir. Bunu da qeyd edək ki, possovet ölkələrinin əksəriyyəti bu günün özündə də yoxsul haldadır və onlara kənardan belə bir dəstəyin olması çox vacibdir. Rusiya isə bu fürsətdən maksimum yararlanmağa çalışır. Qərb isə bununla razılaşmaq niyyətində deyil və əks-həmlələr sözsüz ki, olacaq. Hazırda qərb və ABŞ bütün gücünü səfərbər edərək Gürcüstan və Azərbaycanın bu təhlükədən kənarda qalmasına çalışır. Çünki hər iki ölkə açıq şəkildə bəyan ediblər ki, Rusiyanın bu planını qəbul etməyəcəklər. Bu isə o deməkdir ki, hər iki ölkə artıq hədəfdədir. Amma ortada başqa maraqlı arqumentdə var. ABŞ desant quruplarını Gürcüstana hərbi təlimlərə göndərir, Əfqanıstandan çıxarılacaq sülhməramlıların Azərbaycanda bir müddət yerləşdirilməsi kimi ortada strateji məqamlar var. Bu isə sübut edir ki, əks cavablar qabaqdadır. Bununla yanaşı qərb analitikləri hesab edir ki, yaxın aylarda Rusiyaya ən ağır zərbə elə öz daxilindən gələcək. Belə ki, iqtisadi inflyasiyanın növbəti dalğası gəlir və bu dalğa Rusiya iqtisadiyyatını iflic duruma salacaq. Qərb isə sözüsüz ki, bu məqamdan istifadə edəcək və elementar şəkildə Rusiyaya kreditlərin verilməsini azaltmaqla bataqlığı daha da dərinləşdirə biləcək. Bundan başqa Rusiyanın öz daxilində də Çeçenistan,Dağıstan,Tatarıstan kimi problemlər var və sabah bu bölgələrdə də odlu münaqişələrin olması labüdləşə bilər. Bir sözlə Putinin ətraf mühitə olan aqressiyası sabah Rusiyanın öz daxilinə yönələcək.
Digər Xəbərlər
2024-12-25 21:03:45
2024-12-25 20:45:52
2024-12-25 20:39:47
2024-12-25 20:25:10
2024-12-25 19:49:35
2024-12-25 19:32:24
2024-12-25 19:14:32
2024-12-25 18:15:56
2024-12-25 17:38:00
2024-12-25 17:17:17
2024-12-25 17:02:00
2024-12-25 16:58:00
2024-12-25 16:39:09
2024-12-25 16:28:00
2024-12-25 16:03:13
2024-12-25 15:57:07
2024-12-25 15:53:00
2024-12-25 15:20:25
2024-12-25 15:19:20
2024-12-25 15:15:15