Vüqar İsmayıl oğlu Əliyev Naxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifəsinə təsdiqlənib.
"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov sərəncam imzalayıb.
Qeyd edək ki, gömrük xidməti polkovniki Vüqar Əliyev Naxçıvan Baş Gömrük İdarəsinin rəisi vəzifəsini icra edirdi. O, daha əvvəl Dövlət Gömrük Komitəsinin Sosial İnnovasiyalar və Analitik Təhlil İdarəsinin rəisi vəzifəsində çalışıb.