Azərbaycan Tibb Universiteti güllələnən tələbə ilə bağlı məlumat yayıb.

ATU-nun mətbuat xidmətinin rəhbəri Günel Aslanova "Unikal"ın sorğusuna cavab olaraq bildirib ki, bu gün Bakı Dövlət Sirki yaxınlığında baş verən hadisədə Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin IV kurs tələbəsi Fəqan Rəhimli yaralanıb. 

Adıçəkilən tələbə saat 8:30 və 10:30 dərslərində iştirak edib, cədvəl üzrə dərsləri bitdikdən sonra universitetdən çıxıb.

***

Xəbər verdiyimiz kimi, bu gün paytaxtın Səməd Vurğun küçəsində silahlı atışma olub.

"Unikal"ın məlumatına görə, hadisə nəticəsində yaralananlardan biri 2002-ci il təvəllüdlü Fəqan Rəhimli Azərbaycan Tibb Universitetinin tələbəsidir.

Xatırladaq ki, yaralılar xəstəxanaya yerləşdirilib.

Murad İbrahimli