Bakıda zəncirvari qəza olub.

"Unikal" report-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Toyota Prius" markalı avtomobil idarəetmədən çıxıb və yolun kənarında dayanmış "Hyundai Elantra" markalı maşına çırpılıb. "Hyundai Elantra" markalı avtomobil isə qarşıda dayanmış "Toyota Prius"la toqquşub. Həmin maşın isə digər "Hyundai Elantra" markalı avtomobilə çırpılıb.

Bundan başqa, qəza törədən "Toyota Prius" aşıb.

Hadisə nəticəsində ölən və yaralanan olmayıb, hər 4 avtomobilə ciddi ziyan dəyib.

Əraziyə polis əməkdaşları cəlb edilib, araşdırma aparılır.

İlkin məlumata görə, qəza törədən "Toyota Prius" markalı maşını idarə edən sürücü sərxoş vəziyyətdə olub.