Bu gün Bakı Konqres Mərkəzində türkiyəli məşhur müğənni Mahsun Kırmızıgülün konserti olub. 
"Unikal"
xəbər verir ki, konsert proqramı zamanı ifaçı səhnəyə şəhid Anar İsrafilovun atası və övladlarını dəvət edib. Bu zaman şəhidin atası şəhid övladının ifaçını çox sevdiyini və hər zaman onun musiqilərini dinlədiyi və zümzümə etdiyini bildirib.

Daha sonra sənətçi şəhidin azyaşlı övladlarının bütün təhsil haqqını öz öhdəsinə götürüb.