Türkiyəli aktyor Yılmaz Qrudanın səhhəti yenidən pisləşib.
"Unikal" xəbər verir ki, 92 yaşlı aktyor xəstəxanaya aparılaraq, reanimasiyaya yerləşdirilib. Həkimlər onun səhhəti ilə bağlı hələ açıqlama verməyib.
Qeyd edək ki, Yılmaz "Yanlış Anlama 2", "Çukur", "Menajerimi ara", "Hercai", "Yabancı damat" kimi bir çox məşhur layihədə rol alıb.