“Məni nişanlamışdılar. Amma sevgim başqa insana idi. Mən Fuad Poladovu platonik sevirdim”.
"Unikal" xəbər verir ki, bunu Əməkdar artist Sevinc Əliyeva “Zaurla Günaydın” verilişində deyib:
“O bizim kurs rəhbərimiz idi. O bildirdi ki, mən onu sevirəm. O da yeni ailə qurmuşdu. Mənim qiymətimi kəsirdi. Demişdi ki “Mən səni gələcəkdə aktrisa kimi görürəm”. O tamaşada tərəf müqabili kimi mənimlə oynamışdı. Kursumuzun digər rəhbəri Şəfiqə Məmmədovaya demişdim ki mən Fuad Poladovu sevirəm. Özü də bilirdi”.
Xatırladaq ki, Fuad Poladov uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib. O, 2018-ci ilin mayın 4-də vəfat edib. Akrtyor "Qurd qapısı" qəbiristanlığında dəfn edilib.