Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının (TDT) Fövqəladə Zirvə Toplantısında ticarət naziri Mehmet Muşun imzasını bəyənməyib.
“Unikal” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan nazirə “Bu nə imzadır?”,- deyə səslənib.
Daha sonra Türkiyə lideri Mehmet Muşdan imzasını dəyişdirməyi tövsiyə edib.
Sözügedən hadisə qısa zamanda sosial mediada gündəm mövzusuna çevrilib.
Gülayə Mecid