Moldova tezliklə Aİ-nin bəzi Rusiya vətəndaşlarına qarşı tətbiq etdiyi əlavə məhdudlaşdırıcı tədbirlərə qoşulmağı planlaşdırır.
"Unikal" xəbər verir ki, bunu bazar günü respublikanın baş nazirinin müavini, xarici işlər və Avropaya inteqrasiya naziri Nikolay Popesku deyib.
“Söhbət əsasən Moldovaya girişin qadağan edilməsindən, hansısa yolla Ukraynaya qarşı təcavüzdə iştirak edən şəxslərin bank hesablarının və ya aktivlərinin bloklanmasından gedir”, - Popesku bildirib.
Nazirin sözlərinə görə, 10-dan çox rusiyalı bu məhdudiyyətlərə məruz qalacaq. O, qeyd edib ki, bu məsələ ilə bağlı qərar artıq verilib, lakin bütün hüquqi prosedurları başa çatdırmaq üçün vaxt lazımdır.