ABŞ dövlət katibi Entoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyanı İrəvanla Bakı arasında qalan problemlərin həlli üçün konkret addımlar atmağa çağırıb.
"Unikal" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedanta Patelin bazar ertəsi Paşinyanla Blinken arasında telefon danışığından sonra yayılan yazılı bəyanatında deyilir.
"Bu gün dövlət katibi Entoni Blinken Ermənistanın baş naziri Nikol Paşinyanla danışıb, Azərbaycanla ikitərəfli sülh danışıqlarını dəstəkləmək üçün ABŞ yardım təklif edib. Dövlət katibi Blayen Ermənistanın sülhə davamlı öhdəliyinə görə baş nazir Paşinyana təşəkkür edib və həll olunmamış problemlərin həlli yollarını tapmaq üçün konkret addımlar atmağa çağırıb", - Patel bildirib.
Bundan əlavə, Blinken Azərbaycan və Ermənistan arasında qalan problemlərin hərbi yolla həlli olmadığını vurğulayıb.
Ağarza Elçinoğlu
***18:50
Ermənistan Baş naziri Nikol Paşinyan və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Bildirilir ki, tərəflər Laçın yolu ətrafındakı vəziyyəti müzakirə ediblər.