Tez-tez ekstremist bəyanatları ilə diqqət çəkən İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotrich Fələstin kimi bir xalqın olmadığını bildirib.
"Unikal" xəbər verir ki, bu barədə "Jerusalem Post" qəzeti məlumat yayıb.
Nəşr nazirin sözlərindən sitat gətirib:
"Fələstinlilər deyə bir şey yoxdur, çünki Fələstin xalqı yoxdur. Onlar yalançı bir millət çıxarıblar, sonra da sionizmlə mübarizə aparmaq üçün İsrail torpağına saxta iddia irəli sürməyə çalışıblar".