Rusiya Qvardiyasının Mərkəzi Dairə komandirinin müavini, general-mayor Vadim Draqomiretskiyə qarşı bu gün hərbi istintaq orqanları tərəfindən cinayət işi açılıb.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Aleksandr Xinşteyn "Telegram" kanalında yazıb.
Onun sözlərinə görə, Draqomiretski çoxmilyonluq rüşvət almaqda və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə şübhəli bilinir.
"O, milyonlarla dollar rüşvət almaqda və səlahiyyət həddini aşmaqda şübhəli bilinir. Bu ifşa FSB və Milli Qvardiyanın birgə səyinin nəticəsi idi. Rusiya Qvardiyasının direktoru Viktor Zolotovun qərarına əsasən, Draqomiretskinin tutduğu vəzifədən azad edilib", - deputat yazıb.
Ağarza Elçinoğlu