İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı Moskvada saxlanılıb.
"Unikal" “REN TV”yə istinadən xəbər verir ki, 36 yaşlı kişi martın 21-də yol polisi əməkdaşları tərəfindən Xovrino ərazisində saxlanılıb.
Həmin şəxs əməliyyat-axtarış fəaliyyəti haqqında qanunu pozmaqda və külli miqdarda əmlakı ələ keçirmək məqsədilə hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinir.